2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 205 milyon 427 min dollar dəyərində 948 min 815 ton buğda idxal edilib.
Fins.az, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 0.05% (463 ton), məbləğ baxımından isə 17% (41.9 milyon dollar) azalıb.
Buğda idxalı Azərbaycanın ümumi idxalının 1.23%-ni təşkil edib.
Bu dövr ərzində idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 368 manat olub, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17% azalma nümayiş etdirir.
Fuad Mədətov
Fins.az