2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana dəri məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq, 40 milyon 955 min 83 dollar məbləğində olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında isə Türkiyədən Qazaxıstana 8 milyon 348 min 88 dollar məbləğində dəri məhsulları ixrac edilib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 54 faiz artıb.
Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumilikdə dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq, 1 milyard 300 milyon 182 min dollar təşkil edib.
Türkiyənin oktyabr ayında dəri məhsulları ixracı isə 132 milyon 738 min dollar olub ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,3 faiz azalma göstərib.
Son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) isə Türkiyə 1 milyard 539 milyon 555 min dollar məbləğində dəri məhsulları ixrac edib.
Fuad Mədətov
Fins.az