2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 98,2 milyon dollar olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatına görə, bu ilin oktyabr ayında Türkiyə Qazaxıstana 12 milyon dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 15,5 faiz azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrünə nisbətən 2,8 faiz artaraq 13,7 milyard dollar təşkil edib.
Nazirlikdən bildirilib ki, bu ilin oktyabr ayında Türkiyə ümumilikdə 1,5 milyard dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 10,2 faiz çoxdur.
Bildirilib ki, son 12 ay ərzində (oktyabr 2023 - oktyabr 2024) Türkiyə ümumilikdə 16,6 milyard dollar dəyərində elektrik avadanlıqları ixrac edib.
Fuad Mədətov
Fins.az