Bakı, Fins.az - Bu ilin yanvar-sentyabr aylarında ölkədə 30,1 min ton lak-boya məmulatları istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 7,2 faiz və ya 2 min ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, avqust ayı ilə müqayisədə sentyabrda artım 0,5 faiz və ya 26,6 ton təşkil edib. Sentyabr ayında 4,8 min tondan çox lak-boya məmulatları istehsal edilib.
Cari ilin oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 444,4 ton təşkil edib.