BAZAR

30 Oktyabr

Azərbaycandakı sənaye zonalarına yatırılan investisiyanın MƏBLƏĞİ AÇIQLANIB

İndiyə qədər Azərbaycandakı sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya yatırılması və 9 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya dəyəri 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib", - deyə məlumatda qeyd edilib.

Fuad Mədətov
Fins.az