BAZAR

29 Oktyabr

Afrika ölkələri ilə ticarət dövriyyəsinin həcmi artır

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 3,8 dəfədən çox artaraq 335,79 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Afrika ölkələrinə ixrac: 253,5 milyon dollar (+4,57 dəfə)

Afrika ölkələrindən Azərbaycana idxal: 82,26 milyon dollar (+2,5 dəfə)

Ümumi ticarət dövriyyəsindəki payı:

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 0,97 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,75 faiz bəndi çoxdur.