BAZAR

25 Oktyabr

Azərbaycanın qeyri-neft ixracının dəyəri artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,47 mlrd. ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1,3% çoxdur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən  (AZPROMO) Fins.az-a verilən məlumata görə, 2024-cü ilin III rübündə ölkənin qeyri-neft ixracının dəyəri ötən ilin eyni rübü ilə müqayisədə 31,5% artaraq 869,02 mln. ABŞ dollarına çatıb. Təkcə sentyabr ayında isə qeyri-neft ixracı illik müqayisədə 27,4% artaraq 285,21 mln. ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 9,8% artaraq rekord 3,48 mlrd. ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Fins.az