BAZAR

23 Oktyabr

Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə proqnoz 6 %-ə yaxın azaldılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 46,7 milyon manatının və yaxud 0,1 %-nin hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,5 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Fuad Mədətov
Fina.az