BAZAR

21 Oktyabr

Azərbaycanda dövlət idarələrindən büdcəyə 419,7 milyon manat daxil oldu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 419,7 milyon manat vəsait daxil olub.

Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 % azdır.

Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 491,6 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22 % çoxdur.

Fuad Mədətov
Fins.az