BAZAR

18 Oktyabr

Azərbaycanda genişzolaqlı internet: Beynəlxalq reytinqlərdə 9 pillə irəliləyiş

2024-cü ilin sonuna yaxınlaşdıqca “Online Azərbaycan” layihəsinin Azərbaycanı beynəlxalq indekslərdə müsbət mövqeyə çıxarma potensialı nəzərə çarpır. Genişzolaqlı internetin sürəti barədə beynəlxalq hesabatlarda müsbət dinamika artıq görünməkdədir.

Fins.az-a açıqlamasında İKT eksperti Elvin Abbasov bildirib ki, “Ookla” şirkətinin sentyabr ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq orta hesabla 52,06 Mbit/s-i keçib. Bu, illik olaraq sürətin 78% artımı deməkdir. Bundan əlavə, Azərbaycan beynəlxalq reytinqdə 9 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.

E.Abbasov vurğulayıb ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi 2024-cü ilin 8 ayı ərzində 0.98 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanını təmin edib. Ümumilikdə isə Azərbaycanda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin olunub və layihə müddətində bu göstərici 13 dəfə artaraq 97%-ə çatıb.

Fuad Mədətov
Fins.az