BAZAR

11 Oktyabr

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26,1 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 83,1 manat təşkil edib.

Fins.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,1 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 17,7 % azdır.

İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 70,7 % çoxdur.

3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb.

Naxçıvanda 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün 97,5 manata (+ 8,3 %), Astarada 86,3 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Bakıda 82,8 manata (+26,4 %), Lənkəranda 82,2 manat (+ 74,5 %), İsmayıllıda 75 manata (- 14,5 %), Gəncədə 73,1 manata (+ 40,5 %), Lerikdə 70 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Şəkidə 68,8 manata (+ 3,1 %), Qusarda 65,8 manata (- 21,6 %), Naftalanda 50 manata (qiymət dəyişməyib), Mingəçevirdə 47 manata (- 16 %), Qaxda 45 manata (- 14,7 %), Oğuzda 40 manata (+ 11,1 %) başa gəlib.

Fuad Mədətov
Fins.az