2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Azərbaycana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq, 39 milyon 693 min dollara bərabər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumat görə, bu ilin sentyabr ayında Türkiyə Azərbaycana 5 milyon 194 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 8,8 faiz çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,7 faiz azalaraq, 3,3 milyon dollara bərabər olub.
Bu ilin sentyabr ayında Türkiyə 377 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,4 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 4,3 milyon dollar məbləğində sement ixrac edib.
Fuad Mədətov
Fins.az