Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 17,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu il oktyabrın 1-nə qədər ölkədə 101 605 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Fuad Mədətov
Fins.az