BAZAR

08 Oktyabr

Azərbaycanın qeyri-neft ixracında TOP 5 bazar

2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın qeyri-neft ixrac bazarları arasında Rusiya, Türkiyə, Gürcüstan, ABŞ və İsveçrə əsas ölkələrdən olub. Bu dövrdə ümumilikdə 1,514 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Fins.az xəbər verir ki, Rusiyaya 752 milyon dollar, Türkiyəyə 395 milyon dollar, Gürcüstana 158 milyon dollar, ABŞ-yə 109 milyon dollar, İsveçrəyə isə 100 milyon dollar dəyərində məhsul ixrac olunub.

İxrac olunan əsas məhsullar arasında pomidor (139,5 milyon dollar), pambıq lifi (138,5 milyon dollar), qızıl (96,1 milyon dollar), azot gübrəsi (78,7 milyon dollar) və alüminium ərintiləri (72,4 milyon dollar) üstünlük təşkil edir. Keçən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların ixrac dəyəri əhəmiyyətli dərəcədə artıb.

Bu göstəricilər Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının artdığını və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.