BAZAR

07 Oktyabr

Azərbaycanın sosial şəbəkə bazarında "Instagram" liderliyini qoruyur

Hesabat dövründə "Instagram" Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə olaraq qalmaqda davam edir.

Fins.az bu barədə “StatCounter”a istinadən xəbər verir ki, 2024-cü ilin sentyabr ayı üçün təqdim edilən rəqəmlərə əsasən, bu platformanın ölkəmizin sosial şəbəkə bazarındakı payı 29,22%-ə çatıb. Bu göstərici, avqust ayı ilə müqayisədə 3,73 faiz bəndi artım deməkdir.

İllik müqayisədə isə "Instagram"ın bazar payında 7,28 faiz bəndi azalma müşahidə olunub.

Fuad Mədətov
Fins.az