BAZAR

18 Sentyabr

2025-ci il Azərbaycanın icmal büdcəsi: gəlirlər 2%, xərclər 0,5% artacaq

2025-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 44 milyard 371,4 milyon manat, xərclərinin isə 45 milyard 867 milyon manat olacağı gözlənilir.

Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 2 % və 0,5 % çoxdur.

Son nəticədə icmal büdcədə 1 milyard 495,6 milyon manat kəsir yaranmalıdır. Bu isə 29,2 % azdır.

Fuad Mədətov
Fins.az