BAZAR

17 Sentyabr

Azərbaycanın qeyri-neft ixracı 2,18 milyard dolları keçib

2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2 milyard 179.9 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövrdə qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında meyvə-tərəvəz, kimya sənayesi məhsulları, plastmas, polietilen, polipropilen, alüminium və onun emal məhsulları, pambıq lifi və digər məhsullar yer alır.

İxrac olunan qeyri-neft məhsullarının ən çox mal ixrac edilən ölkələri aşağıdakı kimidir:

  1. Rusiya Federasiyası – 752 milyon ABŞ dolları
  2. Türkiyə – 394.6 milyon ABŞ dolları
  3. Gürcüstan – 157.7 milyon ABŞ dolları
  4. ABŞ – 109.1 milyon ABŞ dolları

Fuad Mədətov
Fins.az