BAZAR

17 Sentyabr

MİDA-nın tabeliyindəki şirkətin xalis mənfəəti 20,6 % azalıb - MALİYYƏ HESABATI

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC 2023-cü ili 1,756 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 20,6% azalma deməkdir.

Fins.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Maliyyə hesabatına əsasən:

  • Müştərilərlə müqavilələrdən gəlirlər 122,015 milyon manat olub, bu da əvvəlki ilə nisbətən 36,6% artım göstərir.
  • Satışın maya dəyəri 102,088 milyon manat (45,3% artım).
  • Sair əməliyyat gəlirləri 583 min manat (21,6% azalma).
  • Ümumi və inzibati xərclər 16,011 milyon manat (10,8% artım).
  • Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 262 min manat (2,1 dəfə artım).
  • Maliyyə gəlirləri 1,393 milyon manat (17,1% azalma).
  • Maliyyə xərcləri 4 milyon manat (0,4% artım).
  • Digər gəlirlər 586 min manat (əvvəlki il olmamışdı).
  • Mənfəət vergisi ödəmələri 460 min manat (36,6% azalma).

Bu ilin yanvarın 1-nə MMC-nin aktivləri 641,633 milyon manat olub, illik müqayisədə 43,2% artım göstərib. Hesabat dövründə şirkətin öhdəlikləri 2,8% artaraq 220,028 milyon manata, balans kapitalı isə 80,2% artaraq 421,605 milyon manata çatıb.

MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb və 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 milyon manatdır.

Fuad Mədətov
Fins.az