İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2023-cü ili 641 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 19,7% azalma deməkdir.
Fins.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, keçən il “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin əməliyyat gəlirləri 5,781 milyon manat olub, bu da əvvəlki ilə nisbətən 8,5% artım göstərir. Eyni dövrdə əməliyyat xərcləri 4,946 milyon manat (15,5% artım), mənfəət vergisi ödəmələri isə 195 min manat (21,7% azalma) təşkil edib.
Bu ilin yanvarın 1-nə “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin aktivləri 1,526 milyon manat olub, bu isə illik müqayisədə 26,4% azalma deməkdir. Hesabat dövründə şirkətin öhdəlikləri 38,3% azalaraq 573 min manata, balans kapitalı isə 16,6% azalaraq 953 min manata düşüb.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 min manatdır. Şirkət malın mənşə ölkəsinin müəyyən edilməsi, Nazirlər Kabinetinin qərarına əsasən satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəy verilməsi, həmçinin uyğunluq sertifikatlarının əldə edilməsi üzrə məsləhət xidmətləri göstərir.
Fuad Mədətov
Fins.az