BAZAR

17 Sentyabr

Naxçıvanda yeni vergi ödəyicilərinin sayı 22,6% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 903 yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çoxdur.

Yeni qeydiyyata alınan vergi ödəyicilərinin 695-i fiziki şəxslər, 208-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.

8 ay ərzində kommersiya qurumlarının 65,9 %-i elektron qaydada, 34,1 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Fuad Mədətov
Fins.az