BAZAR

16 Sentyabr

Azərbaycanın İKT sektorunda orta aylıq əməkhaqqı 12,5 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə (İKT) sektorunda orta aylıq nominal əməkhaqqı 1 704 manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 496 manat, özəl sektorda isə 1 855 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq əməkhaqqı ümumilikdə 12,5 % artıb. Bu artım dövlət sektorunda 16,3 %, özəl sektorda isə 9,7 % olub.

Avqustun 1-nə olan məlumata əsasən, Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı 33,7 min nəfərdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3,7 % artımdır.

Fuad Mədətov
Fins.az