BAZAR

16 Sentyabr

Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayı 5,2 % artıb

Bu ilin yanvar-avqust aylarında Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 % artaraq 145,6 milyon nəfərə çatıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hazırda Bakı metrosunun 27 stansiyası var və ümumi uzunluğu 40,7 kilometrdir. Bakı metropoliteninin konseptual inkişaf proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.

Fuad Mədətov
Fins.az