BAZAR

16 Sentyabr

Azərbaycanda informasiya və rabitə sektorunda məhsul istehsalı 13,1 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda 1 milyard 428,9 milyon manatlıq məhsul istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % artım göstərib. Avqust ayında isə bu sektorda 190,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 9,4 % çoxdur.

İnformasiya və rabitə sahələrinin ölkənin ümumi daxili məhsulundakı (ÜDM) payı 1,8 % təşkil edib. Ölkənin ümumi iqtisadi vəziyyətinə gəlincə, cari ilin ilk 8 ayında 80 milyard 960,3 milyon manatlıq ÜDM istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4,3 % artım deməkdir.

Fuad Mədətov
Fins.az