BAZAR

16 Sentyabr

Azərbaycanın enerji su təchizatı sektorlarında sabit artım

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2,04 milyard manat dəyərində məhsul və xidmətlər istehsal edilib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% artım deməkdir. Eyni zamanda, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 397,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da illik müqayisədə 8,8% artım təşkil edir.

2023-cü ildə bu sektorların göstəriciləri də müsbət olub: enerji sektorunda 3,07 milyard manatlıq məhsul və xidmət, su və tullantı sektorunda isə 585,6 milyon manatlıq məhsul istehsalı qeydə alınıb. İllik artımlar müvafiq olaraq 0,6% və 15,5% olub.

Bu göstəricilər Azərbaycanın enerji və su təchizatı sektorlarının dayanıqlı inkişafının davam etdiyini təsdiqləyir və sektorların iqtisadiyyata verdiyi töhfənin artmaqda olduğunu göstərir.