Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 227,5 milyon manat vergi daxil olub.
Fins.az bu barədə quruma istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % azdır.
8 aylıq vergi daxilolmalarının 7 milyard 744,2 milyon manatı və yaxud 69 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,8 % çoxdur.
Fuad Mədətov
Fins.az