Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 86,1 milyon manat vəsait yönəldilib.
Fins.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 % azdır.
8 ay ərzində istifadə olunmuş vəsaitin 22,9 milyon manatı və yaxud 26,6 %-i məhsul istehsalı sahələrinə, 21,3 milyon manatı və yaxud 24,8 %-i xidmət sahələrinə, 41,9 milyon manatı və yaxud 48,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala vəsait qoyuluşunun 68,6 milyon manatı və yaxud 79,7 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 16 % azdır.
Fuad Mədətov
Fins.az