BAZAR

10 Sentyabr

Naxçıvanın elektrik enerjisinin istehsalında alternativ mənbələrin payı 55%-ə çatıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 55 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.

Fins.az muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin 45 %-i İstilik Elektrik Stansiyalarında, 42 %-i Su Elektrik Stansiyalarında, 13 %-i isə Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin həcmi 20 %-ə yaxın artıb.

Fuad Mədətov
Fins.az