2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Ceyhan limanı 10 milyon 652 min 631 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu dövr ərzində Ceyhan limanından Türkiyə bayrağı altında 169 min 958 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 10 milyon 482 min 673 ton yük daşınıb.
Hesabat dövründə Ceyhan limanından 15 milyon 525 min 833 ton tranzit yük aşırılıb.
2024-cü ilin iyul ayında Türkiyə limanları ümumilikdə 32 milyon 203 min 883 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında daxili limanlara daşınan yüklərin həcmi 2 milyon 578 min 844 ton təşkil edib. Digər ölkələrin bayraqları altında daşınan yüklər isə 29 milyon 625 min 39 ton olub.
Bununla yanaşı, iyul ayında Türkiyə limanlarından 6 milyon 460 min 580 ton tranzit yük daşınıb.
2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları ümumilikdə 236 milyon 289 min 828 ton yük qəbul edib. Türkiyə bayrağı altında daşınan yüklər 17 milyon 455 min 606 ton, digər ölkələrin bayraqları altında daşınan yüklər isə 218 milyon 834 min 222 ton təşkil edib.
Bu dövrdə Türkiyə limanlarından 40 milyon 858 min 235 ton tranzit yük daşınıb.
İyul ayında Türkiyə limanları 5 min 662 gəmi qəbul edib. Onlardan 3 min 508-i digər ölkələrin, 2 min 154-ü isə Türkiyə bayrağı altında üzən gəmilər olub. Yanvar-iyul aylarında isə Türkiyə limanları 34 min 977 gəmi qəbul edib. Bu müddətdə digər ölkələrin bayraqları altında olan gəmilərin sayı 23 min 298, Türkiyə bayrağı altında olanların sayı isə 11 min 679 olub.
Fuad Mədətov
Fins.az