MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə etdiyi məlumatlar əsasında apardığı təhlillər göstərir ki, 2020-ci ildən 2023-cü ilə qədər Azərbaycanın BRICS ölkələri ilə xarici ticarət dövriyyəsi davamlı artım nümayiş etdirib. Yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbilə azalma qeydə alınıb.
2023-cü ilin yekununda Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi 9,78 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 13,5% və ya 1,16 milyard dollar artım deməkdir. Cari ilin birinci yarısında isə ticarət həcmi 4,96 milyard dollara çatıb.
İl | BRICS ölkələri ilə xarici ticarət dövriyyəsi (milyard $) | BRICS ölkələrindən idxal (milyard $) | BRICS ölkələrinə ixrac (milyard $) | BRICS ölkələri ilə ticarət artımı (%) |
---|---|---|---|---|
2020 | - | 0.56 | - | - |
2021 | - | - | - | - |
2022 | 8.62 | 5.77 | 1.40 | 11.5 |
2023 | 9.78 | 7.17 | - | 13.5 |
2024 (1-ci yarı) | 4.96 | 3.78 | 1.18 | - |
2024-cü ilin birinci yarısında BRICS ölkələri ilə ticarət dövriyyəsi artıq 2023-cü ilin yekun göstəricisinin 51%-nə bərabərdir, bu da ilin yekununda daha yüksək rəqəmlərin qeydə alınacağını göstərir.
Azərbaycanın BRICS ölkələri ilə ticarət əlaqələrinə nəzər saldıqda, idxalın daha böyük paya sahib olduğu aydın olur. 2023-cü ildə Azərbaycana BRICS ölkələrindən idxal edilən məhsulların həcmi 7,17 milyard dollar olub ki, bu da 2022-ci ilə nisbətən 24,1% və ya 1,4 milyard dollar çoxdur. Cari ilin birinci yarısında isə idxal 3,78 milyard dollar təşkil edib.
Azərbaycanın BRICS ölkələrinə ixracı 2021 və 2022-ci illərdə artım göstərib. 2024-cü ilin birinci yarısında bu ölkələrə ixracın həcmi 1,18 milyard dollar təşkil edib.
Ölkə | Ticarət dövriyyəsi (milyard $) | Ticarət dövriyyəsinin payı (%) |
---|---|---|
Rusiya | 18.90 | 44.70 |
Çin | 12.70 | 30.00 |
Hindistan | 6.40 | 15.14 |
İran | 2.56 | 6.00 |
Digər BRICS ölkələri | 1.73 | 4.10 |
Son 5 il 6 ay ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 217,3 milyard dollar olub, bunun 42,3 milyard dolları BRICS ölkələri ilə həyata keçirilib. BRICS ölkələri ilə olan ticarətin 9%-i ixrac, 38,66%-i isə idxal əməliyyatlarına aiddir.
Bu dövrdə əsas ticarət tərəfdaşlarımız Rusiya (18,9 milyard dollar) və Çin (12,7 milyard dollar) olub. Hindistan (6,4 milyard dollar), İran (2,56 milyard dollar) və digər BRICS ölkələri isə qalan ticarət dövriyyəsini təşkil edib.
BRICS üzvləri arasında Hindistan və Misir ilə olan ticarət dövriyyəsində ixrac üstünlük təşkil edir. Digər ölkələrlə isə idxalın üstün olduğu müşahidə olunur. Rusiya ilə olan ticarətdə idxalın payı 73,1%, ixracın payı isə 26,9% təşkil edir.
BRICS təşkilatı 2009-cu ildə yaradılıb və 2023-cü ildə yeni üzvlərin də qəbul olunması ilə daha da genişlənir. 2024-cü il 1 yanvar tarixindən Argentina istisna olmaqla, Misir, Efiopiya, Səudiyyə Ərəbistanı və BƏƏ bu təşkilata qoşulacaq.
Fuad Mədətov
Fins.az