BAZAR

04 Sentyabr

Azərbaycana turist axını 30 % artıb - SİYAHI

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 xarici vətəndaş səfər edib.

Fins.az-ın Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30% artıb.

Təkcə avqust ayında ölkəyə 245 337 nəfər gəlib, bu isə keçən ilin avqust ayı ilə müqayisədə 23% çoxdur.

Avqust ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib – 63 339 nəfər. İkinci yerdə Türkiyə (34 174 nəfər), üçüncü yerdə isə Hindistan (21 137 nəfər) qərarlaşıb.

Bu dövrdə digər ölkələrdən gələn turistlərin sayı aşağıdakı kimidir:

  • İran: 17,6 min
  • Səudiyyə Ərəbistanı: 13,5 min
  • Gürcüstan: 9,9 min
  • Pakistan: 9,3 min
  • Qazaxıstan: 9,3 min
  • Birləşmiş Ərəb Əmirlikləri: 5,4 min
  • Küveyt: 5,1 min
  • Çin: 4,9 min
  • Oman: 4,6 min
  • Özbəkistan: 4,2 min
  • İsrail: 4 min
  • Ukrayna: 3,4 min

Fuad Mədətov
Fins.az