2024-cü ilin avqust ayında Azərbaycanın sosial media bazarında bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) Instagram-ın payı 25,49 % təşkil edib.
Fins.az Statcounter agentliyinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici iyul ayına nisbətən 12,67 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 7 faiz bəndi azalıb. Bunun nəticəsində Instagram avqust ayında bazar payının 33 %-ni itirib.
İkinci yerdə qərarlaşan Facebook-un bazar payı ay ərzində 21 faiz bəndi, il ərzində isə 19,06 faiz bəndi artaraq 43,8 % təşkil edib. Bu artım Facebook-u sosial media bazarında liderliyə yaxınlaşdırıb.
Üçüncü yerdə olan Pinterest-in bazar payı iyula nisbətən 2,41 faiz bəndi, 2023-cü ilin avqust ayı ilə müqayisədə isə 4,3 faiz bəndi azalaraq 12,43 %-ə enib.
YouTube dördüncü pillədə yerləşir, bazar payı ay ərzində 3,1 faiz bəndi, illik isə 3,83 faiz bəndi azalaraq 8,07 %-ə düşüb.
İlk beşliyi X (əvvəlki Twitter) qapayır, bu sosial şəbəkənin bazar payı iyul ayına nisbətən 1,6 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4,46 faiz bəndi artaraq 5,9 %-ə yüksəlib.