BAZAR

03 Sentyabr

Bu il ARDNF AÇG-nin işlənməsindən 4,2 milyard dollardan çox gəlir əldə edib

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 271,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Fins.az-a Fonddan məlumat verilib.

Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 456,4 milyon ABŞ dolları və yaxud 9,7% azalma deməkdir.

2023-cü ilin yanvar-avqust aylarında ARDNF AÇG-nin işlənməsindən 4 milyard 728 milyon ABŞ dolları gəlir əldə edib.

Fuad Mədətov
Fins.az