BAZAR

02 Sentyabr

Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

2024-cü ilin yanvar-iyul aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 27 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) verib.

TOBB-un verdiyi məlumata görə, 2024-cü ilin ilk yeddi ayında Türkiyədə qeydiyyatdan keçmiş Qazaxıstan şirkətlərinin ümumi kapitalı 26 milyon 392 min 500 türk lirəsi təşkil edib. Müqayisə üçün qeyd olunub ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 134 milyon 252 min 450 türk lirəsi olub.

Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (16 şirkət) qeydiyyata alınıb və bu şirkətlərin ümumi kapitalı 10 milyon 30 min türk lirəsi olub.

2024-cü ilin yanvar-iyul aylarında Türkiyədə qeydiyyata alınmış Qazaxıstan kapitalı ilə olan 27 şirkətin 14-ü ticarət sahəsində fəaliyyət göstərir, qalanları isə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərir.