BAZAR

30 Avqust

Azərbaycanda ötən il MMC-lərin 32 %-i auditdən keçməyib

2023-cü ildə Azərbaycanda 2 862 məhdud məsuliyyətli cəmiyyət (MMC) məcburi audit subyekti olub.

Fins.az Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7,65 % azdır.

Bununla belə, ötən il auditdən keçmiş MMC-lərin sayı isə 37,05 % artaraq 1 942-yə, onların xüsusi çəkisi isə 45,7 %-dən 68 %-ə yüksəlib. Başqa sözlə, il ərzində MMC-lərin 32 %-i auditdən keçməyib.

Fuad Mədətov
Fins.az