Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2155.4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb.
Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında ağ neft 20.6%, neft bitumu 18.9%, avtomobil benzini 7.7% artıb, mazut istehsalı isə 69.7% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar-may aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
615 |
107.7 |
45.8 |
Ağ neft, min ton |
267.7 |
120.6 |
59.2 |
Qazoyllar (dizel yanacağı), min ton |
980.6 |
106.2 |
148.2 |
Mazut, min ton |
1 |
30.3 |
1,8 |
Sürtkü yağları, min ton |
27.7 |
106.1 |
6.9 |
Maye qazlar, min ton |
82.5 |
79.3 |
5 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
435.4 |
99.4 |
74.9 |
ondan: |
|||
neft bitumu, min ton |
94.3 |
118.9 |
8.1 |
neft koksu, min ton |
96.3 |
91.1 |
40.8 |