2024-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 499 milyon 106,4 min manat vəsait daxil olub. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib. Bu barədə İqtisadiyyat Nazirlyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Fins.az xəbər verir ki, hesabat dövründə qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manatdan çox təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8 faiz çox olub. Ödənilən vergilərin 69,9 faizi qeyri-neft-qaz sektorunun, 30,1 faizi isə neft-qaz sektorunun payına düşüb.