Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 504 milyon 863 min 200 manat təşkil edib.
Fins.az Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 % çoxdur.
Bu ilin yanvar-may aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 76 milyon 252 min 100 manat olub. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % çoxdur.
Fuad Mədətov
Fins.az