BAZAR

11 İyun

Təkcə may ayında Azərbaycana 300 min 586 sərnişin daşınıb

Bu ilin yanvar-may aylarında Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 227 min 238 nəfər sərnişin daşınıb.

Fins.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 % çoxdur.

5 ayda Azərbaycana 347 min 326 sərnişin daşınmaqla Rusiya ilk yeri tutur. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,4 % artım deməkdir.

Təkcə may ayında Azərbaycana 300 min 586 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 38,1 % çoxdur. Mayda Rusiyadan 83 min 821 sərnişin daşınıb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 21,7 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 287 min 331 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 23,2 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 173 min 628 sərnişinlə (+47,9 %) daxil olub.

Fuad Mədətov
Fins.az