Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 3 958 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib.
Fins.az xəbər verir ki, bu göstəricinin 1 358-i və yaxud 34,3 %-i ilkin, 2 600-ü və yaxud 65,7 %-i isə təkrar qeydiyyatın payına düşüb.
Bu ilin ilk 5 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1 427-si fərdi yaşayış və bağ evi, 701-i mənzil, 1 581-i torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 170-i qeyri-yaşayış sahəsi, 13-ü əmlak kompleksidir.
Fuad Mədətov
Fins.az