BAZAR

11 İyun

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 227,1 milyon manat artıb

2024-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11% və ya 227,1 milyon manat artıb.

Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9% artaraq 1,5 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artıb və 83 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1% artaraq 62,9 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-may aylarına nisbətən 9,1% artıb və 403,4 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,3% artaraq 286,3 milyon manatdan çox olub.

Fuad Mədətov
Fins.az