BAZAR

03 İyun

Son 6 il ərzində Azərbaycanda işlə təmin olunan şəxlərin sayı AÇIQLANIB

Son 6 il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub.

Fins.az-ın  məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikliyin müzakirəsi zaman deyib.

Nazir müavininin sözlərinə görə, 131 mindən çox şəxs haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğu təmin edilib:

“80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min şəxs isə peşə hazırlığına cəlb olunub”.

Fuad Mədətov
Fins.az