BAZAR

02 May

ARDNF dollar satışını 2,1 dəfə artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 623,4 milyon dollar məbləğində vəsait satılıb.

Fins.az xəbər verir ki, bu barədə fondun yaydığı məlumatda deyilir.

Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən ilin aprel ayında Dövlət Neft Fondu tərəfindən 286 milyon dollar məbləğində vəsait satılıb.

Fuad Mədətov
Fins.az