Bu ilin I rübündə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 31,1 % artaraq 111,7 milyon manat olub.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 58,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 %-i ictimai iaşə xidmətlərindən, 3,6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 11 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 % olub ki, bu da 1 il əvvələ nisbətən 4,4 faiz bəndi çoxdur.
Bu göstərici Şabranda 45,5 %, Qusarda 41,3 %, Bakıda 30,6 %, Naftalanda 29,8 %, Saatlıda 24,8 %, Sabirabadda 20,8 %, Beyləqanda 20,4 %, Ağcabədidə 20,2 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Fuad Mədətov
Fins.az