BAZAR

01 May

Azərbaycan mehmanxanalarında gecələmələrin sayı artıb - Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 % artaraq 779,4 min olub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gecələmələrin ümumi sayının 64,7 %-i Bakıda, 9,3 %-i Qusarda, 4 %-i Naftalanda, 3,9 %-i Qubada, 3,6 %-i Şabranda, 3,0 %-i Qəbələdə, 1,8 %-i Lənkəranda, 1,1 %-i Gəncədə, 1 %-i Naxçıvan Muxtar Respublikasında və 7,6 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 40,2 % artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 %-ni təşkil edir.

Gecələmələrin ümumi sayının 17,8 %-i Hindistan, 17,3 %-i Rusiya, 9 %-i Türkiyə, 7,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 6,3 %-i Səudiyyə Ərəbistanı, 3,7 %-i Küveyt, 2,7 %-i Qazaxıstan, 2,7 %-i Böyük Britaniya, 2,4 %-i ABŞ, 2,3 %-i Pakistan, 2,3 %-i Çin, 1,7 %-i Özbəkistan, 1,3 %-i Almaniya, 1,1 %-i İtaliya, 1,1 %-i Gürcüstan, 1,0 %-i Bəhreyn, 0,9 %-i İsrail, 0,8 %-i Qətər, 0,8 %-i Ukrayna, 0,7 %-i Belarus, 0,7 %-i Litva, 0,6 %-i Fransa, 0,6 %-i Polşa, 0,6 %-i İran, 0,6 %-i Oman, 13,9 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,9 %-i Bakıda, 8,8 %-i Qusarda, 3,1 %-i Naftalanda, 2,9 %-i Qubada, 2,5 %-i Qəbələdə, 0,4 %-i Şabranda, 1,4 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 44,2 % artaraq 346 min olub ki, bu da ümumi gecələmələrin 44,4 %-ni təşkil edir.

Fuad Mədətov
Fins.az