Bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakın girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2024-cü ilin yanvar-mart aylarının statistikasına nəzər yetirək.
Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
2024-cü ilin yanvar-mart ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı
Bu ilin birinci rübündə ölkəmizdə 16.537 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2023-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə 1.177 ədəd və ya 6,6% azdır.
Ən çox girov qoyulan daşınmaz əmlaklar
Azərbaycanda girov qoyulan əmlaklar arasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.
Daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri |
Müqavilə sayı |
Ümumi göstəricidə payı (faizlə) |
Mənzil |
8249 |
49,9% |
Torpaq sahəsi |
4235 |
25,6% |
Fərdi yaşayış evləri |
2479 |
15,0% |
Qeyri-yaşayış sahələri |
534 |
3,2% |
Qeyri-yaşayış binaları |
527 |
3,2% |
Bağ evləri |
323 |
2,0% |
Digərlər |
190 |
1,1% |
Ümumi |
16537 |
100,0% |
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb
2024-cü ilin birinci rübü yanvar-mart ayları ərzində Bakıda 8.244 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 49,8%-ni təşkil edir. Paytaxtdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (1.812 müqavilə), 2 saylı Sumqayıt (1.350 müqavilə), 5 saylı Xaçmaz (899 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (674 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
İpoteka müqavilələrinin sayına görə ərazi idarələri
Sıra № |
Ərazi idarələri |
İpoteka müqaviləsinin ümumi sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
---|---|---|---|
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
8244 |
49,9% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
1812 |
11,0% |
3. |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
1350 |
8,2% |
4. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
899 |
5,4% |
5. |
3 saylı Gəncə Ərazi İdarəsi |
674 |
4,1% |
6. |
7 saylı Bərdə Ərazi İdarəsi |
556 |
3,4% |
7. |
10 saylı Lənkəran Ərazi İdarəsi |
372 |
2,2% |
8. |
13 saylı Şirvan Ərazi İdarəsi |
331 |
2,0% |
9. |
17 saylı Yevlax Ərazi İdarəsi |
313 |
1,9% |
10. |
9 saylı Qəbələ Ərazi İdarəsi |
310 |
1,9% |
11. |
11 saylı Şəmkir Ərazi İdarəsi |
287 |
1,7% |
12. |
15 saylı Tovuz Ərazi İdarəsi |
287 |
1,7% |
13. |
12 saylı Şəki Ərazi İdarəsi |
262 |
1,6% |
14. |
6 saylı Beyləqan Ərazi İdarəsi |
246 |
1,5% |
15. |
14 saylı Şamaxı Ərazi İdarəsi |
170 |
1,0% |
16. |
8 saylı Cəlilabad Ərazi İdarəsi |
165 |
1,0% |
17. |
18 saylı Zaqatala Ərazi İdarəsi |
149 |
0,9% |
18. |
16 saylı Ucar Ərazi İdarəsi |
110 |
0,7% |
Ölkə üzrə |
16537 |
100.0% |
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
2024-cü ilin yanvar-mart ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 90,7%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (3 müqavilə), 14 saylı Şamaxı (3 müqavilə) və 11 saylı Şəmkir (6 müqavilə) ərazi idarələridir.
Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra № |
Ərazi idarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
---|---|---|---|
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
6023 |
73,0% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
995 |
12,1% |
3. |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
462 |
5,6% |
4. |
3 saylı Gəncə Ərazi İdarəsi |
245 |
3,0% |
5. |
10 saylı Lənkəran Ərazi İdarəsi |
211 |
2,6% |
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu regionlar
2024-cü ilin yanvar-mart ayları ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, ölkə regionlarında fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 7 saylı Bərdə, 3 saylı Gəncə və 5 saylı Xaçmaz ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra № |
Ərazi İdarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
653 |
26,3% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
373 |
15,0% |
3. |
7 saylı Bərdə Ərazi İdarəsi |
245 |
9,9% |
4. |
3 saylı Gəncə Ərazi İdarəsi |
209 |
8,4% |
5. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
161 |
6,5% |
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 2 saylı Sumqayıt və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 10 saylı Lənkəran (39 müqavilə) və 16 saylı Ucar (46 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.
Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra № |
Ərazi idarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
684 |
16,2% |
2. |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
683 |
16,1% |
3. |
1 saylı Bakı Ərazi İdarəsi |
660 |
15,6% |
4. |
4 saylı Abşeron Ərazi İdarəsi |
367 |
8,7% |
5. |
7 saylı Bərdə Ərazi İdarəsi |
243 |
5,7% |
Fuad Mədətov
Fins.az