2024-cü ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4 867 ton ət, 34 052 ton süd istehsal olunub.
Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 271 ton artıb, süd istehsalı isə 1.3% və ya 460 ton azalıb. 2023-ci ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4596 ton ət, 34 512 ton süd istehsal olunub.
Qeyd edək ki, hesabat dövündə ən çox ət və süd Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda 1192 ton ət, 10 859 ton isə süd istehsal olunub.
Xatırladaq ki, 2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 22 570 ton ət, 136 678 ton süd istehsal olunub.
Cədvəldə 2024-cü ilin yanvar-mart ayları ərzində azad edilmiş rayonlar üzrə ət və süd istehsalının həcmi verilib.
Fuad Mədətov
Fins.az