Azərbaycanda bu ilin I rübündə elektrik enerjisinin istehsalı 7 129,3 mln. kVt-saat, ixrac 360,3 mln. kVt-saat, idxal 44,3 mln. kVt-saat olub.
Fins.az-ın xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
“Yanvar-mart aylarında İES-lər üzrə 6519,2 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 241,5 mln. kVt-saat artımla 610,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib", - o paylaşımda qeyd edib.
Fuad Mədətov
Fins.az
Bu ilin I rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7129,3 mln. kVt·st, #ixrac 360,3 mln. kVt·st, #idxal 44,3 mln. kVt·st olub. pic.twitter.com/MdM7gPl48h
— Parviz Shahbazov (@ParvizShahbazov) April 23, 2024
Yanvar-mart aylarında İES-lər üzrə 6519,2 mln. kVt·st, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 241,5 mln. kVt·st artımla 610,1 mln. kVt·st elektrik enerjisi #istehsal edilib. pic.twitter.com/fnB4YaOMxI
— Parviz Shahbazov (@ParvizShahbazov) April 23, 2024