BAZAR

15 Aprel

Bu ilin birinci rübündə dövlət büdcəsinə 9234,3 milyon manat vəsait daxil olub

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinə 9234,3 milyon manat vəsait daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan dövrdə büdcədən 8412,6 milyon manat vəsait xərclənib, büdcənin icrasında 821,7 milyon manatlıq profisit yaranıb.

Fuad Mədətov
Fins.az