BANK

06 Noyabr

Azərbaycanda banklar hansı sahələrə daha çox kredit verir? – SİYAHI

Bu ilin oktyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 31,042 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 577,2 milyon manat (1,9%), 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,6 milyard manat (9,3%) artıb.

Dövr ərzində ən çox kredit ev təsərrüfatı sektoruna yönəlib — bu sahəyə ayrılmış kreditlərin həcmi 18,469 milyard manat olub. Bu, illik müqayisədə 2,1 milyard manat və ya 12,8% artım deməkdir.

Bundan əlavə, ticarət və xidmət sektoruna 4,281 milyard manat (+6%), nəqliyyat və rabitə sektoruna 2,095 milyard manat (+18,1%), inşaat və tikinti sektoruna 1,820 milyard manat (-3,4%), sənaye və istehsal sektoruna 1,674 milyard manat (+11,6%), mədənçıxarma və enerji sektoruna 709,9 milyon manat (-16,6%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə 563,4 milyon manat (+6,4%) kredit qoyulub.

Fuad Mədətov
Finss.az