2025-ci ilin oktyabrın 1-nə olan məlumata görə, Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 15,795 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, əmanətlərin həcmi sentyabr ayı ilə müqayisədə 334,2 milyon manat (2,2%), ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,6 milyard manat (11,5%) artıb.
Cari ilin oktyabrın 1-nə fiziki şəxslərin manatla əmanətləri 10,788 milyard manat, xarici valyutada əmanətləri isə 5,007 milyard manat təşkil edib.
Milli valyutada olan əmanətlər sentyabr ayına nisbətən 2,8%, illik müqayisədə isə 15,4% artıb. Xarici valyuta ilə əmanətlər isə aylıq müqayisədə 0,8%, illik nisbətdə isə 3,9% yüksəlib.
Fuad Mədətov
Finss.az
